İstanbul Məcidiyəköydə yolunu itirən qırğız əsilli usitersitet tələbəsi Elmira A. təcavüzə məruz qalıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, tələbə qız İstanbul Texniki Universitetində oxuyan sevgilisi ilə görüşmək üçün Məcdiyyəköydən Maslaka gedib. Hava qaraldığı üçün yolunu itirən Elmira sevgilisinə zəng etsə də onunla əlaqə saxlaya bilməyib.

Universitetin giriş qapısını axtaran Elmira təcavüzə məruz qalıb. Belə ki, naməlum şəxs yeraltı keçiddən keçən qızın qolundan zorla çəkərək tənhlalığa aparıb. Qız qaçmağa çalışsa da, təcəvüzkarın əlindən xilas ola bilməyib. Həmin adam ona təcavüz etdikdən sonra pulunu və telefonunu oğurlayaraq hadisə yerindən qaçıb.

Yoldan keçən bir vətəndaş huşunu itirən Elmiranı xəstəxanaya aparıb.Təcavüzə uğradığını deyən gənc qız polisə gedərək şikayət edib. Ərazidəki kamera görüntülərini izləyən polis adamın görüntüsünü müəyyənləşdirib və həbs olunması üçün axtarışa başlayıb.