"Sputnik Armenia agentliyinin direktoru, 90-cı illərdə NTV kanalının xüsusi müxbiri işləmiş Dmitri Pisarenko öz arxivndən Qarabağa dair 20 il əvvəl çəkilmiş yeni reportaj yayımlayıb. Reportaj 1997-ci ilin mayında Dağlıq Qarabağda qondarma rejimin keçirdiyi "prezident seçkiləri vaxtı təmas xəttində hökm sürən vəziyyətlə bağlıdır.

Unikal.org virtualaz.org-a istinadən xəbər verir ki, jurnalist ermənilərin səngərindən çəkiliş aparır və ona xəbərdarlıq edirlər ki, başından dəbilqəni çıxarmasın, çünki Azərbaycan snayperləri işləyir. Cəmi bir neçə dəqiqədən sonra Pisarenko bu xəbərdarlığın boş yerə olmadığına əmin olur, Azərbaycan snayperinin açdığı atəşlə onun bir metrliyində dayanmış erməni əsgər yerə sərilir. Güllə əsgərin başındakı dəbilqəni deşərək onun kəllə sümüyünü dağıdır. Lakin onu xəstəxanaya çatdırmaq və xilas etmək mümkün olur.

Daha sonra jurnalist təmas xəttində 26 yaşlı erməni baş leytenantın Azərbaycan snayperinin açdığı sərrast atəşlə öldürüldüyünə şahid olur. Və gün ərzində ermənilər təmas xəttində baş verən atışmalarda daha iki hərbçi itirirlər...

Jurnalistin NTV telekanalı ilə birlikdə "Zaman maşını çərçivəsində yayımladığı həmin reportajı təqdim edirik.