Əfqanıstanın paytaxtı Kabil şəhərində şiələrə məxsus məsciddə partlayış baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, məscidə daxil olan terrorçu-kamikadze özünü partladıb.

Hadisə nəticəsində azı 30 nəfər ölüb, 45 nəfər isə yaralanıb. Terror hadisələrinə görə, məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.