Misirin paytaxtı Qahirə yaxınlığında terrorçularla atışmada 14 polis əməkdaşı həlak olub, 8-i yaralanıb.

Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident hüquq-mühafizə orqanlarının terrorçulara qarşı keçirdiyi xüsusi əməliyyat zamanı baş verib.

Hadisə yerinə hərbi helikopterlər cəlb edilib. Terrorçuların zərərsizləşdirilməsi üzrə əməliyyat davam edir.