45 yaslı kişi ağacdan yıxılaraq öldü - Qaxda

20 Oktyabr 2017 [22:51]


Qax sakini bədbəxt hadisə nəticəsində ölüb.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, bu gün günorta saatlarında rayonun Ləkit Kötüklü kənd sakini 1972-ci il təvəllüdlü Səməd Məmməd oğlu Seyidov yaşadığı kəndin inzibati ərazisinin yaxınlığında dağlıq meşəlik ərazidə şabalıd çırpan zaman ehtiyatsızlıqdan ağacdan dərəyə yıxılıb.

Hadisə nəticəsində ağır bədən xəsarətləri alan 45 yaşlı Səməd Seyidov Qax Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib.

MRX-dan  bildirilib ki, göstərilən yardımlara baxmayaraq Səməd Seyidov xəstəxanaya daxil olduqdan bir qədər sonra aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən ölüb. Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.










SON XƏBƏRLƏR davamı
2017-11-19
2017-11-18










SORĞU
Azərbaycanda internetin keyfiyyətindən razısınızmı?

Bəli (9.71%)
Xeyir (90.29%)