İtaliyanın cənubundakı Bari şəhərində sahil-mühafizə xidməti qayıqlardan birində 1,5 ton marixuana müsadirə edib.

Unikal.org-un məlumatına görə, narkotik vasitələrin ümumi dəyəri 15 milyon avro təşkil edir.

Hadisə ilə bağlı qayıqda olan iki nəfər - Albaniya vətəndaşları saxlanılıb.

Bundan başqa, Bari və Taranto şəhərlərində də polis ümumilikdə 1,5 milyon avro dəyərində narkotik vasitə müsadirə olunub.