Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşına məxsus baqaja rentgen aparatı ilə baxış zamanı monitorda "beşbarmağ"ın təsvirləri görünüb.
Dövlət Gömrük Komitəsindən Unikal.org-a verilən məlumata görə, bu səbəbdən baqaj təkrar yoxlanılıb. Nəticədə, baqajın içərisindəki şəxsi əşyaların arasında 2 ədəd "beşbarmaq" aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.