Xəbər verdiyimiz kimi, Şəmkir rayonun Zəyəm qəsəbə sakini, 1989 Məmmədov Tural Ramiz oğlu bıçaq xəsarətləri ilə Şəmkir Rayon Xəstəxanasına çatdırılsa da, onun öldüyü məlum olub. T.Məmmədov mübahisə zəminində həmyerlisi, 15 yaşlı yeniyetmə tərəfindən ürəyindən bıçaqlanaraq qətlə yetirilib.

Unikal.org xəbər verir ki, artıq Daxili İşlər Nazirliyi sözügedən yeniyetmə ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, oktyabrın 20-də Şəmkir rayonunun Zəyəm qəsəbəsində naməlum şəxs qəsəbə sakini Tural Məmmədova bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib.

T.Məmmədov xəstəxanaya aparılarkən yolda ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmyerlisi olan bir yeniyetmə tutulub.