İsrail qırıcıları Suriya ərazisinə zərbələr endirib.

Unikal.org Trend-ə istinadən bildirir ki, bu barədə Suriya ordusunun komandanlığı bəyanat yayıb.

Qeyd olunur ki, İsrail Qolan yüksəkliklərində Kuneytra əyalətinə zərbələr endirib.

Eyni zamanda İsrail ordusu Suriyaya məxsus artilleriyanı məhv etdiyini bildirib.