Tovuz şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hərəkətdə olan "Ford Tranzitlə VAZ 21011 markalı avtomobil toqquşub.

Nəticədə VAZ-ın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Sürücüyə tibbi yardım göstərilib, vəziyyəti normal qiymətləndirilir.

Faktla bağlı Tovuz Rayon Şöbəsində araşdırma aparılır.