İşğal altında olan Qarabağda yerləşən düşmən hərbi hissələrinin birində 19 yaşlı Aram Xaçatryanın güllələnməsinə görə bir ərməni əsgəri həbs edilib.

Unikal.org azvision.az-a istinadən xəbər veriri ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Aparılan istintaq tədbirləri nəticəsində, Xaçatryanın ölümü ilə bağlı bir sıra əhəmiyyətli detallar aşkarlanıb.

Belə ki, o, dünən saat 12:40 radələrində hərbi hissələrdən birinin döyüş mövqeyində çirin nahiyəsindən güllə yarası alıb Nəticədə erməni əsgər hərbi hospitala aparılarkən yolda ölüb.

İstintaq Komitəsinin məlumatına görə, Xaçatryanı güllələyən şəxsin kimliyi məlum olub. Həmin hərbi hissədə xidmət edən kiçik çavuş qətlə şübhəli bilinərək saxlanılıb.

Hadisə nəticəsində Aram Sirekan Xaçatryanla yanaşı 1997-ci il təvəllüdlü Hraç Ararat Avedisyanın da öldüyü bildirilirdi.

Hadisənin silahdan istifadə qaydalarının pozulması nəticəsində baş verdiyini bildirən erməni rəsmiləri Xaçatryandan fərqli olaraq Avedisyanın qətli barədə heç bir açıqlama yaymayıb.