Türkiyənin Ədirnə vilayətində jandarma qüvvələri Yunanıstana keçmək istəyən bir qrup şəxsi yaxalayıb. Jandarma qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində Pakistan əsilli iki insan alverçisi ilə birlikdə sərhədi qanunsuz keçmək istəyən qrup yaxalanıb.

Unikal.org xəbər verir ki, Doğan Xəbər Agentliyinin məlumatına görə, saxlanılan şəxslərlə bağlı aparılan araşdırmalar nəticəsində məlum olub ki, iki nəfər axtarışda olub. Bunlar FETÖ işi ilə bağlı barələrində həbs qərarı çıxarılmış məhkəmə hakimləri Bülent Kınay və Fatih Mehmet Uslu olub. Hakimlər barədə Kayseri və İstanbul Bakırköy məhkəməsi tərəfindən həbs qərarı verilib. Hakim Bülent Kınay "Fenerbahçe Futbol Klubu rəhbəri Aziz Yıldırımın mühakimə olunduğu saxtakarlıq iddiaları ilə bağlı prosesin hakimi olub. Fatih Mehmet Uslu isə Ergenekon prosesində hakim olub.

Hər iki hakim və Pakistan vətəndaşı olan insan qaçqçıları barəsində həbs qərarı verilib.