Küçənin ortasında bir gənc ögey atasını döyərək öldürüb.

Unikal.org xarici mətnbuata istinadən xəbər verir ki, hadisə Braziliyada baş verib.

Gənc oğlan günorta saatlarında küçədə insanların gözü qarşısında bir gənc ögey atasının başına dəyənəklə vurub. Başına güclü zərbələr alan kişi müvazinətini saxlaya bilməyib yerə yıxılıb.

Ögey atası yerə yıxılsa da gözü dönmüş gənc onu yerdə vurmaqa davam edib. Kişinin öldüyünü görən gənc hadisə yerindən qaçaraq uzaqlaşıb.

Küçədəki insanların şahid olduğu hadisə təhlükəsizlik kameralarına düşüb.