ABŞ-ın Tennesi ştatında yük qatarı relsdən çıxıb, dəhşətli qəzaya səbəb olub. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 50 vaqonlu yük qatarı relsdən çıxdıqdan sonra yaxınlıqdakı binalara çırpılıb. Məlumatda bildirilir ki, hadisə zamanı ölən və xəsarət alan olmayıb. Bir neçə binaya ciddi ziyan dəyib.