Orta məktəbdə rüsvayçılıq qeydə alınıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Florida ştatında orta məktəblərin birində müəllimə olan Jaklin Trumen şagirdlərilə intim münasibətdə olub. O, həm qız, həm də oğlan şagirdlərini zorlamaqda ittiham olunur.

Məlumatda bildirilir ki, müəllimənin seçimi 15 yaşına çatmamış uşaqlar olub. 

Bu barədə məktəbli qızlar da açılqma verib. 30 yaşlı müəllimənin qurbanı olan qızlardan biri bildirib ki, Jaklin onunla azı 10 dəfə intim münasibətdə olub. Əlaqə hər dəfə məktəbdə, sinifdə, yaxud qadınlar üçün nəzərdə tutulan tualetdə baş verib. 

Valideynlərin şikayətləri əsasında müəllimə məktəbdən qovulub. Onun barəsində 18 yaşına çatmayanlara qarşı seksual zorakılıq, zorlama maddəsilə cinayət işi başlanıb və həbs olunub.