Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat katibi Oqtay Bayramov öz ərizəsilə işdən ayrılıb.

Unikal.org xəbər verir ki, bu barədə modern.az-a Oqtay Bayramov özü məlumat verib.

O, işdən ayrılma səbəbini ailə məsələləri ilə əlaqələndirib: "Ərizə yazıb işdən ayrılmaq normaldır. Ailə üzvlərimin, özümün səhhətimdə problemlər var, hazırda onlarla məşğulam. Sizlərdən, çox razıyam. Bu 4 ildə gözəl insanlar tanıdım. Haqqınızı halal edin.

Qeyd edək ki, O.Bayramovun yerinə hələlik təyinat olmayıb.