Bu gün Türkiyənin ən böyük derbilərindən biri - "Qalatasaray - "Fənərbaxça görüşü keçiriləcək.

Unikal.org xəbər verir ki, Bakı vaxtı ilə saat 20:30-da start götürəcək oyunda "Qarabağ plakatı açıla bilər. Plakatın Türkiyənin "Sabah qəzetində Mevlut Tezelin "Qarabağ azarkeşlərini aşağılayan məlum yazısına etiraz olaraq açılması təklif edilib.

Təklif "Fənərbaxçanın ən böyük azarkeş qruplarından olan "Fenerist tərəfindən irəli sürülüb:

"Fənərbaxça və "Qalatasaray azarkeşlərindən istəyimiz bu "tərbiyəsiz yazıya qarşılıq derbidə Qarabağ plakatı açmalarıdı.

Qeyd edək ki, Türkiyə Super Liqasının ötən gün baş tutan "Yeni Malatyaspor - "Trabzonspor matçında da məlum məsələ ilə bağlı "Qarabağ fanatlarına dəstək göstərilib. Belə ki, trabzonlu fanatlar oxşar formada "Trabzon sözünü və Azərbaycan bayrağını tribunada yanaşı nümayiş etdiriblər.