Türkiydə məsciddə yanğın olub.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Kavak Məscid"ində ruhi xəstə məscidin ortasına kitabları yığaraq yandırıb.

Təhlükəsizlik kamerasına baxan polis hadisəni törədən şəxsi qısa zamanda tutub. Məlum olub ki, 46 yaşlı şəxs ruhi xəstədir və hadisə zamanı yanıq xəsarətləri də alıb.