Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Rus İfaçılıq Sənəti" Fondunun medalına layiq görülüb.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, təşkilatın yaranmasının 25 illiyinə həsr olunmuş yubiley medalını ona bazar günü Rusiyanın əməkdar artisti, "Rus İfaçılıq Sənəti" İctimai Xeyriyyə Fondunun prezidenti Valeri Vorona təqdim edib.

Mükafatlandırma mərasimi P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasında keçirilib.