Hadisə rayonun Daşsalahlı kəndindəki fərdi yaşayış evində qeydə alınıb.

Unikal.org xezerxeber-ə istinadən məlumat verir ki, kənd sakini Cəvahir Vəliyeva yaşadığı evin mətbəxində işığı yandıran zaman partlayış baş verib. Qadın müxtəlif yanıq xəsarətləri alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Cəvahir Vəliyevanın vəziyyəti orta-ağırdır.

Partlayışın qaz sızması nəticəsində baş verdiyi bildirilir.