Şirvan şəhərinə aparılarkən qaçan məhkumlardan biri, Əli Ağami kirmina aləmə yaxın şəsxdir.

Unikal.org "Qafqazinfoya istinadən xəbər verir ki, o və qardaşı Zaur Ağami "Masallı Mamedlə "Qoca ləqəbli Etibar Hacıqabulinskinin qruplaşmasına daxil olub.

Ə.Ağami isə 2015-ci il noyabrın 5-də Şirvanda keçirilən "razborkadan sonra saxlanılıb. Həmin görüşdə "Kritoy Elvin kimi tanınan Elvin Nəciyev Zaur Sarıbalayevi güllələyərək öldürüb. Elə həmin görüşdə Əli Ağami Elvin Nəciyevi güllələyib, o da xəstəxanaya aparılarkən vəfat edib. O, ikinci pasportla sərhədi keçməyə cəhd edib. Belə ki, Ə.Ağami həm də "Abdulla kimi tanınır. Bir pasportda o "Ağami Əli Rasim oğlu kimi, digər pasportda isə "Hüsyenov Abdulla Rasim oğlu kimi qeydiyyata alınıb.

Ə.Ağami ölkədən çıxarkən saxlanılıb

Bu hadisədən 2 gün öncə isə Ə.Ağaminin qardaşı Zaur Ağami təqib olunaraq qəzaya salınıb və orada ölüb.