Türkiyənin məşhur "O səs Türkiyə müsabiqəsinə daha bir azərbaycanlı iştirakçı qatılıb.

Unikal.org-un məlumatına görə, Nəzrin Əfəndizadə adlı qız səhnəyə çıxaraq, "Back to black mahnısını səsləndirib. Onun ifasına münsiflərdən Hadisə və Murad Boz dönüb.

Münsiflər N.Əfəndizadənin gözəlliyinə heyran qaldıqlarını vurğulayıblar. Azərbaycanlı iştirakçı sonda Hadisənin komandasında yarışmaq istədiyini dilə gətirib.