Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin gənclər təşkilatının təşkil etdiyi tədbirə qatılmaq üçün İstanbulda Küçükçekmece şəhərinə gəlib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, tədbirin təşkil edildiyi qərargaha yaxınlaşan Ərdoğanı qarşı tərəfdəki bina sakinləri yaşlı Yücel və Gönül Taşdemir cütlüyü evin eyvanından prezidenti çay içməyə çağırıblar.

Dəvəti rədd etməyən Ərdoğan, Taşdemirlər ailəsinin qonağı olub. Burada çay içən Ərdoğan, daha sonra binadakı başqa bir mənzildə də qonaq olub.