Türkiyənin məşhur aktyoru Burak Özçivit sosial şəbəkədə onu izləyən və bütün paylaşımlarını bəyənən rus model Viktoriya Bonyanı əngəlləyib.

Unikal.org-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, aktyorun belə bir addım atmasına  həyat yoldaşı Fahriye Evcenin qısqanclığının səbəb olduğu iddia edilir. 

Xatırladaq ki, tez-tez Özçivitin paylaşımlarını bəynib, şərhlər yazan Viktoriyaya izləyicilər "O daha evlidir, əl çək şəklində xəbərdarlıq yazmışdılar. Bundan sonra Fahriyenin qısqanxclıq yaşadığı və bu səbəbdən ərindən modeli əngəlləməsini istədiyi iddia edilir.