Mingəçevir şəhərində daha bir gənc qız intihara cəhd edib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə şəhərin Puşkin küçəsində yerləşən evlərdən birində baş verib.

Belə ki, şəhər sakini, 1997-ci il təvəllüdlü U.A hələlik məlum olmayan səbəblərdən sirkə turşusu içərək özünü öldürmək istəyib. O, huşsuz və ağır vəziyyətdə qohumları tərəfindən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan  bildirilib ki, U.A-nın vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırmalara başlanılıb.