Türkiyənin Taksim Meydanında manyak peyda olub.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, meydanda 18-20 yaşlardakı gənc oğlanlara yaxınlaşıb, söhbət etməyə çalışan kostyumlu yaşlı kişi diqqətləri üzərinə çəkib.

İddiaya görə, o yaxınlaşdığı gənclərə öncə təriflər yağıdırıb, daha sonra isə pul qarşılığında cinsi əlaqədə olmağı təklif edib.

Yaşlı kişinin söhbət etdiyi gənclərdən biri "Mənə səfeh-səfeh sözlər dedi. "Çox yaraşıqlısan, şirinsən. Hər görüşümüzdə sənə 50-100 lirə verərəm dedi. Mən də ona "qarşıdan baxan zaman elə birinə bənzəyirəm? dedim. Sonra da telefon nömrəmi istədi. Vermədiyim zaman çəkib getdi-deyə bildirib.

Qeyd edək ki, polis yaşlı adamı tutmaq üçün işə başlayıb.