Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, bu gün saat 18.30 radələrində Yasamal rayonu Şərifzadə küçəsində "Pegout 406" markalı avtomobil yolu keçmək istəyən 40-50 yaşlı qadını piyada zolağında vurub.
Piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisəni törədən avtomobilin sürücüsü ətrafdakı insanların köməyi ilə qadını maşına qoyaraq xəstəxanaya aparıb.