Türkiyədə Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Rəcəb Altəpə vəzifəsindən istefa verdiyini açıqlayıb.

Unikal.org Anadolu agentliyinə istinadən xəbər verir ki, Altəpə, vəzifəsindən ayrılsa da bundan sonra üzvü olduğu Ədalət və İnkişaf Partiyasından (AKP) ayrılmayacağını, prezident Rəcəb Tayyib Ərdoğana əks getməyəcəyini bildirib:

"Bizə yaraşanı edəcəyik. Böhran şəraiti yaratmayacağıq. Heç bir məsələdə verilməyəcək hesabımız yoxdur. Alnımız açıq, başımız dikdir.

Qeyd edək ki, bir neçə gün öncə Ərdoğan Bursa ilə yanaşı, Ankara və Balıkesir şəhər bələdiyyə sədrlərini istefaya çağırmışdı.