Tanınmış aktyor və kaskadyor Murad Abdullayev çəkildiyi təhlükəli səhnələrdən danışıb.

Unikal.org  xəbər verir ki, milli.az-a açıqlama verən aktyor bütün çəkilişlərində ölümlə üz-üzə qaldığını bildirib.
"Əslində çəkildiyim bütün filmlərdə böyük təhlükələrlə üzləşirəm. Bütün bu tryukları edəndə böyük həyəcan hissi keçirirəm, bir anlıq fikirləşirəm ki, ölümə gedirəm. Biz nə qədər də təhlükəni azaltsaq da yenə də burada təhlükə var. Çünki hər an nəsə istər-istəməz təhlükə var. "KamAz"ın altında qalmaq kənardan asan görünsə də mənim üçün ən çətin tryuk idi. Çünki KamAz"ın altındakı dəmir köynəyimi sürtüb keçirdi. "KamAz"ın altında uzanmaq çox təhlükəlidir, o ki, qalsın sürətlə hərəkət edəndə. Birinci dəfə yoxlayanda durub qaçdım. Çünki kənardan çox vahiməli görünürdü"? - deyə aktyor bildirib.