Suriyada qaçqın düşərgəsində dünyaya gələn və məşhurluğu Hollivuda qədər uzanan Vivian Nouri Türkiyəyə təşəkkür edib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda Holivud filmlərinin mahnılarını səsləndirən 24 yaşlı gözəl türklərə iraqlı qaçqınlara qapılarını açdığı üçün minnətdar olduğunu bildirib və onlarla qürur duyduğunu dilə gətirib.

Qeyd edək ki, Körfəz müharibəsindən sonra İraqın cənubundakı evləri dağılan Nouri 1993-cü ildə Suriyada qaçqın düşərgəsində dünyaya gəlib. Ailəsi 1995-ci ildə Yeni Zelandiya tərəfindən məcburi köçkün kimi qəbul edilib. İraqlı gözəl burada gənc yaşlarından etibarən musiqilə məşğul olmağa başlayıb. Qısa zamanda Hollivudda adından söz etdirən Vivian Rihannanın prodüsseri ilə çalışmağa başlayıb. Beləliklə bəzi filmlərin mahnılarını səsləndirmək üçün müqavilə imzalayıb.