Sosial şəbəkələrdə sanki iri buynuzları olan kəpənəyə oxşar həşəratın videogörüntüsü böyük marağa səbəbə olub.

Unikal.org-un məlumatına görə, bir çoxları bu həşəratın "yadplanetli" olduğunu zənn edib.

Mütəxəssislər bu həşəratın "Creatonotos Gangis" güvəsi olduğunu bildiriblər. Belə ki, bu növün erkəkləri cütləşmə dövründə dişiləri cəlb etmək üçün xüsusi borucuqlarından istifadə edirlər.