Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan Respublikasında terrora hazırlıq və cinayətkar birlikdə iştirak etmə faktları üzrə aparılan cinayət işi ilə bağlı istintaq sirri ilə məhdudlaşmayan hissədə video-audio materialları ictimaiyyətə təqdim edib.

Unikal.org bildirir ki, kadrlarda Milli Şuranın 28 oktyabr tarixində keçirəcəyi mitinqdə terror aktı törətməyə hazırlaşan şəxslərin görüntüləri və səs yazıları əks olunub.