Bir neçə gün əvvəl doğuma hazırlaşdırdığı pasiyenti ilə rəqs edən həkimin görüntüləri sosial mediada böyük maraqla qarşılanmışdı.

Unikal.org Xəzərxəbər-ə istinadən məlumatına görə, sanki klubdaymış kimi pasienti ilə rəqs Moskvada doğum evində çalışan azərbaycanlı ginekoloq Ruslan Xanbutayev hadisənin pərdəarxasını danışıb.

O bildirib ki, əslində məqsədi belə bir video ilə sosial media istifadəçilərinin diqqətini çəkmək olmayıb. Hətta belə bir video-çəkilişlə bağlı fikir elə pasiyentin özündən gəlib.

Həkimin sözlərinə əsasən, doğuş sancısı çəkən Mariya Malışevaya öz ağrılarını azaltmaq üçün palatada belə bir diskoteka effekti oyatmaq istəyib.
Onlar video çarxı öz daxili auditoriyaları üçün hazırlamağı planlaşdırıblarmış. Amma nəticə gözlədiklərindən fərqli olub.

Ruslan Xanbutayev belə bir halın ilk dəfə baş vermədiyini deyib. Onun sözlərinə görə, dünyada ilk dəfə doğuş ərəfəsində həkim və pasiyentin rəqs etməsi Fransada olub.

Onu da deyək ki, Ruslan Xanbutayev əvvəllər Bakıda Milli Onkologiya Mərkəzində çalışıb.