Müğənni Gülşən 9 aylıq oğlu Azur Benana süd verərkən çəkilmiş fotosunu sosial şəbəkədə paylaşıb.

Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, ifaçı şəklinin şərh bölməsini bağlayıb. Gülşənin "milk time yazığı fotosu 3 saatda 30 mindən çox izləyici tərəfindən bəyənilib.

Qeyd edək ki, 2016-cı ildə musiqiçi Ozan Çolakoğlu ilə ailə quran Gülşənin oğlu yanvarda dünyaya gəlib.