Ağsuda iki qonşu arasında maraqlı mübahisə baş verib. Kişi itini öldürən qonşusundan qisas alıb. O da gecə qonşunun həyətinə girərək onun itini öldürüb və agacdan asıb. Qonşuların it mübahisəsi böyüdüyündən məsələni polis nazarətə götürüb.

Unikal.org xezerxeber.az-a istinadən bildirir ki, iki qonşu arasındakı it mübahisəsi bu hadisədən sonra başlayıb. Ağsuda 20 illik qonşular bir-birinin itini öldürməklə acıq çxıblar.
Rayon sakini Almaz Adıgözəlova həyətdə itin hürdüyünü eşidib və evinə naməlum şəxslərin girməsindən şüphələnib. Lakin qəfildən itin səsi kəsilib. Həyətə çıxanda görüb ki, it öldürülüb və ağacdan asılıb.
Ev sahibi əvvəlcə həyətə oğru girməsindən şübhələnib. Sonradan məlum olub ki, itini qonşusu öldürüb. Evinə basqın edənin kimliyini dəqiqləşdirmək üçün polisə müarciət edib. Məlum olub ki, onun həyətinə girib itini öldürən şəxs qonşusu Qabil Nəbiyevdir.

Qabil iti asaraq öldürdüyünü etiraf edir. O, öz əməlini qonşusunun onun itini öldürməsi ilə ələqləndirir.
İki qonşu arasında başlayan mübahisəyə polis müdaxilə edib. Hazırda kimin haqlı, kimin haqsız olduğu dəqiqləşdirilir.