Müğənni Cennifer Lopez və basketbolçu sevgilisi Aleks Rodrigez məşhur "Varity Fair jurnalının növbəti buraxılışının üz qabığına çəkiliblər.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, cütlük eyni zamanda dərgiyə ilk dəfə münasibətləri haqda danışıb.

Aleks 8 ay ərzində Cenniferi kifayət qədər tanıdığını və xasiyyətinə bələd olduğunu bildirib:

"Cey Lonun ən rahat yeri evidir. O, az içki içir, çokoladlı peçenye və ev paltarında olmağı sevir. Lopez 8 saatdan çox yatmır. Bu da onun belə gözəl qalmağının bir sirridir.

İfaçı da sevgilisi ilə yaxşı yola getdiyini, bir çox xüsusiyyətdə oxşar olduqlarını açıqlayıb:

"İkimiz də şir bürcüyük, Nyu-Yorkdanıq. Belə 20-yə yaxın oxşar xasiyyətimizi sadalaya bilərəm. Məni onun qədər, onu da mənim qədər başa düşən ikinci bir adam ola bilməz.

Cütlük toy barədə danışmasa da, onların gələn ilə toy etmək istədikləri vurğulanır.

Qeyd edək ki, Cennifer müğənni Mark Entoni ilə evli olub və ondan əkiz uşaqları var.

Rodrigezin də 2008-ci ildə ayrıldığı xanımından iki qızı var.