Niyaməddin Orduxanlı: "Vətəndaşın sosial vəziyyətinin yüksəldilməsi üçün, ən vacib şərtlərdən biri işsizliyin aradan qaldırılması ilə bağlı aparılan siyasət olmalıdır

Azərbaycanda sosial siyasətin əsas istiqamətlərindən biri də işsizliyin aradan qaldırılması, məşğulluğun təmini və bu istiqamətdə layihələrin daha da genişləndirilməsidir.Bu istiqamətdə həyata keçirilən tədbirlər dövlət siyasətinin əsas prioritetlərindəndir desək, yanılmarıq.

Məlumdur ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf siyasətinin Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara və dövrün tələblərinə müvafiq şəkildə uğurla davam etdirilməsi bütün sahələrdə davamlı tərəqqinin əldə olunmasını şərtləndirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar sayəsində Azərbaycan son 13 ildə özünün iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı və uğurlu addımlar atıb.Dünyanın bir çox inkişaf etmiş ölkələrinin iqtisadi böhranlar və maliyyə problemləri ilə qarşı-qarşıya qaldığı bir şəraitdə ölkəmizdə sosial-iqtisadi sahədə görülən işlər böyük nikbinlik doğurur. Bunun nəticəsidir ki, işsiz əhalinin sayı sürətlə azalır, bu da insanların sosial vəziyyətinin yaxşılaşmasına xidmət edir.



Bu barədə fikirlərini "Unikalla bölüşən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyib ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin ölkədə sosial siyasətin möhkəmlənməsi və inkişafı üçün apardığı siyasət müşahidə olunur. Onun sözlərinə görə, davamlı olaraq, xüsusən qayğıya ehtiyacı olan, əlil, fiziki qüsurlu şəxslərin, aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılması ilə bağlı həm veridyi sərəncamlar, fərmanlar, həm də qanunvericilik bazasının möhkəmlənməsi istiqamətində atdığı addımlar təqdir olunmaqdadır: "Bilirsiniz ki, 2 ildən artıqdır ki, dünya iqtisadi böhran dövrünə qədəm qoyub. Bu, böhran xüsusən neft gəlirlərindən aslı olan ölkələrdə açıq şəkildə görünməkdədir. Neft ölkələrinin demək olar ki, hamısı ölkənin əsas gəlirli sahəsi kimi neftdən qazanılan gəlirlə budcəni formalaşdırırlar. Neftin satışı isə, əvvəlki illərlə müqayisədə , 3 dəfə ucuzlaşıb. Budcənin böyük hissəsini, yəni 70-80 % -ni neft məhsulundan toplanan ölkələr üçün ciddi bir maliyə çətinliyi yaradır. Azərbaycan dövlətinin də əsas gəliri neftdir. 3 illə müqayisədə bizim dövlət budcəmiz 3 dəfə azalıb. Səbəbi də bəllidir. Burada sosial qayğıya ehtiyacı olan insanların maddi vəziyyətinin yüksəlməsini əsas götürən prezident İlham Əliyevin rasional siyasəti yerində atılmış addımdır. İdxal məhsullarının bahalaşması bu kateqoriyadan olan insanların dolanışığına mənfi təsir göstərir. Bu vəziyyəti balanslaşdırmaq, dövlətin qayğısını görmək müəyyən mənada baş vermiş hadisələrə adekvat münasibətdir. Dövlət çalışmalıdır ki, vətəndaşını maksimum dərəcədə indiki böhrandan qoruya bilsin. Prezident İlham Əliyevin də apardığı siyasət buna yönəlib. Vətəndaşı böhrandan qorumaq.

İşsizliyin aradan qaldırılması və məşğulluğun təmini üçün həyata keçirilən tədbirlərə gəlincə, N.Orduxanlı bu yöndə atılan addımları, həyata keçirilən tədbirləri müsbət qiymətləndirib. Onun sözlərinə görə, bütün cəmiyyətlərdə vətəndaşın sosial vəziyyətinin yüksəldilməsi üçün, ən vacib şərtlərdən biri işsizliyin aradan qaldırılması ilə bağlı aparılan siyasət olmalıdır: "İşsizliyin səviyyəsi azaldıqca, vətəndaşın sosial rifahı yüksələcək. Bu gün Azərbaycan dövlətinin əsas prioriteti də məhz işsizliyin aradan qaldırılması üşün məşğulluğun təminini həyata keçiritmək və bu yönümdə tədbirlər planını icra etməkdir. Bu istiqamətdə daha intensiv addımlar atılmalıdır. Rəsmi məlumata görə, hökümətin bu plan üzrə gördüyü çoxsaylı layihələr həyata keçirilir. Daimi və müvvəqqəti xarakter daşıyan məşğulluq fəaliyyəti ilə bağlı rəqəmlər var. Məncə, cənab prezident İlham Əliyev həm də ölkədə işsizliyin səviyyəsinin aradan qaldırılması üçün dövlət proqramının həyata keçirilməsi siyasət ortadadır. Prezident ölkədə işsizliyin olmamasında çox maraqlıdır.