Sumqayıtda bədbəxt hadisə baş verib. Şəhərin Betonzavod ərazisi, Gecəqondu məhəlləsində yaşayan 11 yaşlı Nurlan Adilovun başına dəmir parçası düşüb.

Unikal.org xəbər verir ki, o, dərhal valideynlərinin köməyi ilə xəstəxanaya çatdırılıb. Azyaşlının ağır kəllə beyin travması aldığı bildirilib.

Vəziyyəti ağır olan Nurlan Adilov təyinatı üzrə Bakı şəhərinə göndərilib.