Rusiyanın tanınmış MMA ustaları, dünyaca məşhur idmançılar Mayrbek Taysumov və Yusuf Raisov bir neçə gündür ki Bakıya gəliblər. Onlar qarşıdakı məsul yarışlara Azərbaycanın sərbəst güləş üzrə yığma komandasının üzvəri ilə hazırlaşırlar. Unikal.org bildirir ki, bu barədə baş məşqçi Firdovsi Umudov sosial şəbəkə vasitəsi ilə məlumat verib:

"Əsas məqsəd isə təbii ki güləş bacarıqlarının daha da təkmilləşdirilməsi və ustalıq səviyyəsinin yüksəldilməsidir. Mayrbek və Yusufa qarşıdakı döyüşlərdə uğurlar arzulayırıq!.

Baş məşqçi idmançılarla çəkilmiş fotonu da paylaşıb.