Xalq artisti, məşhur diktor Rafiq Hüseynov dəfn olunub.

Unikal.org-un xəbərinə görə, xalq artisti Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

09:38

Bu gün Azərbaycanın xalq artisti, məşhur diktor Rafiq Hüseynovla vida mərasimi keçirilir.

Unikal.org xəbər verir ki, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında təşkil olunan vida mərasimində mərhumun ailə üzvləri, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edir.

Vida mərasimi saat 12:00-dək davam edəcək.