Xəbər verdiyimiz kimi, oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib.

Unikal.org xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev və digər ölkələrin hökumət rəhbərləri Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə salınması mərasimi zamanı çivlərini vurdular və yoldəyişən qurğunu işə saldılar.

Türkiyə mətbuatının yaydığı məlumata görə, Ərdoğan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çivlərini vurduğu çəkici xatirə olaraq Türkiyəyə aparıb. Həmçinin tarixi dəmir yol xəttinin açılışı zamanı lent kəsdiyi qayçını da xatirə olaraq Türkiyəyə aparıb.