"Qarabağ bosniya və herseqovinalı qapıçısı İbrahim Şehiç "Facebook" səhifəsində etdiyi maraqlı paylaşımla diqqət çəkib.

Unikal.org-un məlumatına görə, uzun illərdir Ağdam klubunda çıxış edən çərçivə qoruyucusu komanda yoldaşı Elvin Yunuszadə ilə birlikdə "Atletiko ilə matçdan sonra bir-birini təbrik üçün qucaqlaşdıqları şəklin fotoşopda işlənmiş versiyasını paylaşıb.

Fotoda Şehiçin Elvinlə birlikdə Şuşa Qalasına doğru getdiyi əks olunub. Əcnəbi futbolçunun bu paylaşımı sosial şəbəkələrdə azarkeşlər tərəfindən sevinclə qarşılanıb.