Vyetnamın mərkəzi əyalətləri üzərindən keçən tayfun 11 nəfərin həyatına son qoyub, bir çoxları itkin düşüb.

Unikal.org-un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Sinxua agentliyi xəbər verir.

Məlumata görə, güclü külək Asiya-Sakit Okean iqtisadi əməkdaşlıq Təşkilatının liderlərinin sammiti keçirilməsi planlaşdırılan Dananq şəhərinə ciddi ziyan vurub.