Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində "Kəpəz Gəncədə "Qarabağla qarşılaşıb (0:2).

Unikal.org xəbər verir ki, oyunun ilk hissəsinin ortalarında maraqlı hadisə yaşanıb. Belə ki, görüşün baş hakimi Rəhim Həsənov 26-cı dəqiqədə meydan sahiblərinin futbolçusu Viktor Oseqeylin rəqib qapıçı İbrahim Şehiçlə üz-üzə qaldığı epizodda qonaqların qapısına penalti təyin edib. Şehiç qaradərili legionerin simulyasiyaya əl atdığını bildirərək, hakimə etiraz etsə də, FİFA referisi onu sarı vərəqə ilə cəzalandırıb.

Bu vaxt "Kəpəzin futbolçusu Viktor Oseqeyl penalti olmadığını bildirib.

Hakim penalti zərbəsini və qapıçıya verilən sarı vərəqəni ləğv edib.