Valideynlərin ani diqqətsizliyi nəticəsində 7 aylıq uşağ sancaq udub. Hazırda sancaq körpənin nəfəs borusunda açıq vəziyyətdə qalıb. Pediatrların sözlərinə görə əgər vaxtında buna müdaxilə olunmazsa uşaqda ciddi fəsadlar yarana bilər. Hətta orqan deşilmələri qanaxmaya qədər gətirib çıxara bilər.

Unikal.org xəzərxəbər-ə istinadən məlumat verir ki, 7 aylıq körpə sancaq uddu. Fatmeyi Zəhra Nəsurulluyava üzərinə sancılmış sancaqla birlikdə göz muncuğu və dini duanı da udub.

Uşağın udduğu sancaq nəfəs borusunda açıq vəziyyətdə qalıb. Anasının sözlərinə görə körpə bir necə gün özünü narahat hiss edib və həkimə aparılandan sonra problem ortaya çıxıb.
Anasının sözlərinə görə sancaq uşağın büküldüyü ədyalın üstündə olub.

Həkimlər müayinə zamanı uşağın dərhal əməliyyat olunmasının vacib olduğunu bildiriblər. Hətta sancağın təcili çıxarılması üçün vaxt da qoyulub.

Pediatrların sözlərinə görə əgər vaxtında buna müdaxilə olunmazsa uşaqda ciddi fəsadlar yarana bilər. Hətta orqan deşilmələri qanaxmaya qədər gətirib çıxara bilər. Qeyd edək ki, Fatmeyi Zəhra ailənin 5ci uşağıdır.