"Oxuya bilməyənlər toya baha gedir, meydan oxuyur. Mənə deyirlər ki, filankəs qaşını alıb, üzünü dartdırıb, cırıq cins geyinib. Deyirəm ki, o onun öz həyatıdır, rahatdır. Mən geyinə bilmərəm. Rayonun ucqar kəndində böyümüşəm, bunlar mənə yaddır. Avropada yaşasaydım, bəlkə mən də elə olardım.

Unikal.org-un məlumatına görə, bu sözləri müğənni Manaf Ağayev ARB TV-nin "Məşhurla bir gün proqramında deyib.

Övladından söz açan sənətçi onun geyimindən danışıb:

"Oğlum cavan yaşında mənim lağ elədiyim şeyləri geyinir. Gördüm ki, rahatdır, ətrafı belədir. Amma ləzzət onda alıram ki, bədənində kişi qanı axır, kişi kimi danışır. Amma incə-mincə danışsa cinsini də, başını da kəsərəm. Sadəcə moddur.