Azərbaycan Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Ərziman oğlu Əmirov "Azərbaycan Sənaye Korporasiyası Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri təyin edilib.

Unikal.org xəbər verir ki, bununla bağlı prezident İlham Əliyev sərəncam imzalayıb.

Ölkə başçısının digər sərəncamı ilə Kamran Nəbizadə isə "Azərbaycan Sənaye Korporasiyası Açıq Səhmdar Cəmiyyətinin baş direktoru təyin edilib.