Şahmat üzrə Azərbaycan yığması Krit adasında (Yunanıstan) keçirilən Avropa komanda çempionatının qalibi olub.

Unikal.org-un məlumatına görə, son turda Ukrayna komandası ilə heç-heçə oynayan şahmatçılarımız turniri 15 xalla yekunlaşdırıb.

Rusiya yığması 9-cu turda Almaniyadan üstün olub və çempionatı həmçinin 15 xalla bitirib.

Lakin əlavə əmsalların cəminə görə Azərbaycan yığması çempionatın qalibi adını qazanıb.