İngiltərənin "Çelsi klubunun texniki direktoru Maykl Emenalo istefa verib.

Unikal.org xəbər verir ki, 10 il idi London klubunda bu vəzifədə çalışan sözügedən şəxsin istefasını artıq "zadəganların rəsmi saytı da təsdiqləyib.

İngiltərə mətbuatının yaydığı məlumata görə, Emenalonun istefasına səbəb onun baş məşqçi Antonio Konte ilə klubun vitse-prezidenti Marina Qranovskaya arasında yaranmış münaqişəyə qarışmaq istəməməsidir.

O da qeyd olunur ki, geridə qalan illərdə böyük inam bəslədiyi Emenalonun istefası "Çelsinin sahibi Roman Abramoviç üçün gözlənilməz və sarsıdıcı olub.

"Çelsi UEFA Çempionlar Liqasının qrup mərhələsində Azərbaycan çempionu "Qarabağla bir qrupda mübarizə aparır.