Bu gün Bakı Apellyasiya Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Aparatının sabiq rəhbəri Vidadi Zeynalov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq baş mühasibi Anar Mustafayev və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.
Unikal.org report-a istinadən məlumatına görə, Hakimlər Kollegiyasının qərarına əsasən Vidadi Zeynalovun cəzası 4 ilə, Beytulla Hüseynovun cəzası 7 il 6 aya endirilib.
Namazalı Məmmədov, Anar Mustafayev, Emin Məmmədov və Qəmbər Bəybaleyev barəsində isə şərti cəza verilib və onlar məhkəmə zalından azadlığa buraxılıblar.